III siniflərdə monitorinq keçirilib.

   17 May  2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən  III siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnləri üzrə  monitorinq keçirilib. Monitorinqin məqsədi III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdan ibarətdir. Monitorinqin keçirilmə müddəti 1,5 saat olub. Monitorinqə məktəbin direktoru Mətanət Mayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Quliyeva və xüsusi təyin edilmiş nəzarətçi müəllimlər nəzarət edib. Test tapşırıqları hər fənn üzrə iki variant olmaqla, Azərbaycan dili fənni üzrə 15 sual, Riyaziyyat fənni üzrə 15 sual, İngilis dili fənni üzrə 10 sualdan ibarət olub.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi