"Heydər Əliyev-100 il" adlı təqdimat müsabiqəsi

   10 may 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin V-IX sinifləri  arasında   ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  " Heydər Əliyev-100 il" adlı təqdimat müsabiqəsi təşkil olundu.  Müsabiqə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Muradovanın  Heydər Əliyevin şərəfli ömür yolu, siyasi fəaliyyəti , Azərbaycanın  inkişaf etməsindəki müstəsna xidmətləri barədə məlumat verməsi ilə başlandı. Yarış komanda şəklində keçirildi və hər sinif öz komandası ilə çıxış etdi. Hazırlanmış təqdimatlar münsiflər heyəti tərəfindən dinlənildi və 10 ballıq qiymətləndirmə meyarı ilə qiymətləndirildi. VIC  sinfi I yerə, VB sinfi  II yerə, VIIC sinfi isə III yerə layiq görüldü.

Qalib komanda iştirakçıları diplomlarla təltif olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi