Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunudu.

   10 may 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin səhər toplantısında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Ümummilli lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq məktəbin direktoru Mətanət Mayılova giriş sözü ilə açaraq söylədi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra məktəbin tarix müəllimi Dilarə Musayeva  Ulu Öndər Heydər Əliyevin həyat yolu, onun Azərbaycan tarixində qoyduğu dərin iz, xalqına göstərdiyi əvəzsiz xidmətlər barədə məlumat verdi.

Sonda şagirdlər Ulu öndər Heydər Əliyevə və vətənə həsr olunmuş şeirlər  səsləndirdilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi