"Kamil insan" adlı ədəbi-bədii musiqili tədbir keçirildi.

8 may 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Kamil insan” adlı ədəbi-bədii musiqili tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. İlk olaraq ümummilli liderin həyat və fəaliyyəti, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımları barədə geniş məlumat verildi.
Qeyd olundu ki, Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib lider kimi dünyada tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoymaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Tədbirin sonunda şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.