Psixoloji məşğələ keçirildi.

2 may 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən VA sinif şagirdləri ilə psixoloji işin təşkili məqsədi ilə məşğələ keçirildi. Psixoloq şəxsiyyətin diaqnostikası, uşaqların emosional sferasını, aqressiyasının olub olmamasını, onun nəyə yönəldiyini aşkar etmək məqsədilə mövcud olmayan heyvan testi metodikasından istifadə etdi.

Şagirdlərə ilk olaraq heç bir izahat verilmədən dünyada olmayan heyvan şəkli çəkmək təklif edildi. Uşaqlar böyük həvəslə məşğələdə fəal iştirak etdilər.

Sonda hər bir şəkil psixoloq  tərəfindən interpretasiya edildi, uşaqların emosional vəziyyəti haqqında məlumatlar toplanıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi