Heydər Əliyev mərkəzinə ekskursiya

“Heydər Əliyev ili” ilə əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, şagirdlərin ümumi dünyagörüşünün formalaşması üçün 25.04.2023-cü il tarixdə məktəbimizin XI sinif şagirdləri Heydər Əliyev mərkəzində yerləşən muzeyə ekskursiya etdilər. Ekskursiya zamanı Heydər Əliyevin keçdiyi həyat yolu, uğurları, respublikamız üçün əvəzsiz xidmətləri haqqında şagirdlərə geniş məlumat verildi. XX əsrin tarixi faktlarına həsr olunmuş  guşə, qədim Azərbaycanın mədəni irsi nümunələrini əks etdirən musiqi alətlərimiz, xalçaçılıq sənəti və onun inciləri, milli geyimlərimiz, zərgərlik nümunələri şagirdlər tərəfindən böyük maraqla izlənilib.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi