Peşə Təhsil Mərkəzinə ekskursiya təşkil olunub

20 aprel 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəb rəhbərliyi tərəfindən  VIII-IX sinif şagirdləri Xətai rayonunda yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş “Açıq qapı” gününə ekskursiya ediblər. Ekskursiyanın təşkil edilməsində əsas məqsəd insan həyatında düzgün peşə seçiminin əhəmiyyəti, şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar barədə məlumatlandırılması,maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəldilməsinə ibarət olub.

Öncə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi İlahə Hüseynova şagirdləri salamlayıb, mərkəz haqqında ümumi məlumat verdi. Şagirdlərə mütəxəssislər tərəfindən mehmanxana və restoran işinin idarə edilməsi, mehmanxana və turizm təşkilatı haqqında ətraflı məlumatlar verildi. Daha sonra şagirdlər dərzilik, aşbazlıq, qənnadçılıq, bərbərlik ixtisasında oxuyan tələbələrin əl işləri ilə tanış oldular.

Sonda məktəb rəhbərliyi mərkəzin işçilərinə “Açıq qapı” günün keçirilməsinə görə təşəkkür etdi və bildirdi ki, peşə ixtisas təhsil sahəsində, peşə hazırlığının səmərəliliyinin artırılmasında belə ekskursiyaların əhəmiyyəti olduqca böyükdür.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi