Bilik yarışı keçirildi.

14 aprel 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məmmədova Gülər tərəfindən “Heydər Əliyev ili” çərçivəsində VI sinif şagirdləri arasında bilik yarışması keçirildi. Yarışma Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi.

4 komandadan təşkil olunmuş yarışma üç mərhələdən ibarət olmuş, şagirdlərə ingilis dilinə aid dil qaydaları, cümlə qurmaq və lüğətlə bağlı həm yazılı, həm də şifahi suallar təqdim olundu.

Yarışmanı qiymətləndirən münsiflər heyəti VIÇ sinfini qalib elan edərək, qaliblər diplom və hədiyyələrlə mükafatlandırdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi