"Düzgün peşə seçimi" adlı maarifləndirici tədbir

 4 aprel 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin akt zalında psixoloq Natəvan Əliyeva tərəfindən  IX siniflərdə “Düzgün peşə seçimi” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri  düzgün peşə seçiminə hazırlanması, onların maraq və meyllərinin düzgün istiqamətə yönəldilməsindən ibarət olmuşdur.

İlk olaraq psixoloq əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, həmin ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumat verdi. O,qeyd etdi ki, kortəbii şəkildə, yaxud ətrafdakı insanların təhriki ilə seçilmiş peşə nəticəsində insan ömür boyu mənəvi, psixoloji, iqtisadi əziyyət çəkir.

Daha sonra məktəbin direktoru Mətanət Mayılova çıxış edərək qeyd etdi ki, hər bir gənc qarşısına mütləq şəkildə məqsəd qoymalı, hər hansı bir sənətə, peşəyə yiyələnməlidir.

Peşə seçərkən şagirdlərin qərarlarına hörmətlə yanaşılmalı, onları cəmiyyətə xeyir verəcək, səmərəli faəliyyətə yönləndirilməsinə dəstək olmaq lazımdır.

Sonda şagirdlərə mövzu ilə bağlı videoçarx nümayiş etdirildi, onları maraqlandıran suallar cavablandırıldı.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi