"Bahar ətirli Novruz gəlir" adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 16 mart 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin həyətyanı sahəsində “Bahar ətirli Novruz gəlir” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərimizə milli-mənəvi dəyərlərimizi aşılamaq, xalqımız üçün vacib sayılan adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarət olmuşdur. Şagirdlərin bir-birindən gözəl rəqsləri, ifa etdikləri mahnılar, səsləndirdikləri şeirlər, mənəvi dəyərlərimizin əks olunduğu tamaşalar, Novruz adətlərinin səhnələşdirilməsi, kosa və keçəlin maraqlı və məzəli çıxışları, aparıcıların dolğun məlumatları müəllim və şagirdlər tərəfindən olduqca böyük maraq və zövqlə izlənildi.

Sonda məktəbin direktoru Mətanət Mayılova tədbir iştirakçılarını və tədbiri izləyənləri qarşıdan gələn birlik, həmrəylik, bərəkət bayramı olan Novruz münasibətilə təbrik edib  və bayramı qalibiyyət ruhunda qeyd etməyimizdən məmnunluğunu bildirib.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi