"Bir yurd vardı-Xocalı" adlı tədbir

 24 fevral 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş “Bir yurd vardı-Xocalı” adlı tədbir keçirildi. İlk olaraq  dövlət himni səsləndirildi, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tarix müəllimləri Dilarə Musayeva və Rəqsanə Mehdiyeva  çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verdilər. Rəqsanə Mehdiyeva qeyd etdi ki, Azərbaycan xalqı o dəhşətli faciədən 31 il ötməsinə baxmayaraq həmin gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir, həlak olanların xatirəsini dərin ehtiramla yad edir. Həmçinin Dilarə Musayeva vurğuladı ki, tarix boyu düşmənlər bir xalqı və milləti aradan aparmaq istərkən ilk öncə onlara keçmişini unutdurmağa, xüsusilə keçmişində baş verənlərdən ibrət və dərs götürməyə imkan vermədiyini, buna görə də ən yüksək formada tariximizə sahib çıxaraq başımıza gətirilən faciələri düzgün və doğru formada gələcək nəsillərə çatdırmaqda borcluyuq.

Tədbirdə şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunan şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya və vətənpərvərlik mövzusunda mahnılar nümayiş etdirildi, videoçarxlar təqdim olundu .

Sonda məktəb direktoru Mətanət Mayılova çıxış edərək bildirdi ki, bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirlməsi ilə barışmağa  məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız  öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, Ali Baş Komandan İlham Əliyevin ətrafına sıx birləşib qəhrəmanlıq və dəyanət nümayiş etdirdiyini bir daha vurğuladı.

.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi