"Xocalı-dərdim mənim" adlı esse müsabiqəsi

   24 fevral 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli  tam orta məktəbin  Azərbaycan dili, ədəbiyyat müəllimi Həsənsoy Zamirənin təşkilatçılığı ilə "Xocalı-dərdim mənim" adlı esse müsabiqəsi keçirildi. Müsabiqə V-VI siniflər arasında təşkil olundu. İlk olaraq torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müsabiqədə Azərbaycan dili, ədəbiyyat müəllimi vurğuladı ki. bu qanlı gecədə ermənilərin törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir, çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Sonra müsabiqə iştirakçıları paylanılmış xüsusi vərəqlərdə 45 dəqiqə  vaxt ərzində esse yazı işlərini yazaraq tamamladılar.

Yekunda Pənahzadə Ayan 1-ci yer, Quliyeva Nərgiz 2-ci yer, Hüseynova Sona 3-cü yerə layiq görülərək, diplomla təltif olundular.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi