"Xocalı soyqırımı uşaqların gözü ilə" adlı rəsm sərgisi
24 fevral 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-95/2023 nömrəli əmrini rəhbər tutaraq Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş rəsm sərgisi (təsviri incəsənət müəllimi Müzəffərzadə Mehriban) keçirilib. Sərgidə V-IX sinif şagirdlərinin əl işləri nümayiş olunub. Rəsm sərgisinin keçirilməsinin əsas məqsədi şagirdlərə tariximizi tanıtmaq, onlara Vətənə sevgi, vətənpərvərlik hissini aşılamaqdan, istedadlı şagirdləri üzə çıxartmaqdan ibarət olub.