İlk dərslər Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olundu

   “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15.02.2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmrini rəhbər tutaraq 24 fevral 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslərin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdən ibarət idi. İlk olaraq müəllimlər Xocalı faciəsi haqqında geniş məlumat verərək bildirdilər ki, belə tədbirlər keçirilən zaman bir daha şahid oluruq gələcəyimiz olan uşaqlar  mənfur qonşularımız tərəfindən başımıza gətirilən fəlakətləri unutmur və lazım gələrsə, hər an vətənimizin müdafiəsinə qalxmağa hazırdırlar

Şagirdlər soyqırıma həsr olunmuş şeirlər söylədilər.

.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi