"Münasibəti necə qururuq? mövzusunda nümunəvi dərs

   Həyat bilgisi müəllimi Mehriban Müzəffərzadə və məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən 20 fevral 2023-cü il tarixində VIIIA sinfində “Münasibəti necə qururuq ?” mövzusunda nümunəvi dərs keçirildi. Dərsin əsas məqsədi şagirdləri insanlararası münasibətlərdə ümumi cəhətlərin əhəmiyyətinin dəyərləndirilməsindən ibarətdir. İlk olaraq fənn müəllimi qeyd etdi ki, insanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu prosesdə də formalaşır. İnsanların tələbatları, fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri, potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır. Ünsiyyət mədəniyyətinin özü də insanlar arasındakı münasibətlərdə başlıca rol oynayır. Xeyirxahlıq, dinləmə mədəniyyəti, təmkinlilik, mehribanlıq, hörmətcillik, nəzakətlilik, empatiya bacarığı ünsiyyət mədəniyyətinin əsasını təşkil edir.

Daha sonra psixoloq temperament tiplərinin əsas xüsusiyyətləri haqqında məlumat verdi, insanların şəxsi həyatında, peşə seçimində davranış və hərəkətlərində bu temperament tiplərinin rolunun əhəmiyyətli olduğunu vurğuladı. Şagirdlər tiplərin sayına uyğun olaraq- sanqvinik, melanxolik, xolerik, fleqmatik qruplarına bölündülər və hər şagird öz temperament tipi haqqında məlumat verdi. Sonda şagirdlər rollu oyunlarla temperament tiplərini epizodlarla canlandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi