"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar

   14 fevral 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin biologiya müəllimi Rəhimzadə Lətifə, tibb bacısı Babayeva Lubuzə və məktəbin psixoloqu Əliyeva Natəvan tərəfindən məktəbin VI  siniflərin qızları  ilə “ Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici seminar keçirildi.İlk olaraq biologiya müəllimi uşaqların inkişaf mərhələləri, qızların yetkinliyə keçid dövrü haqqında slaydlar göstərərək, geniş məlumat verdi. Həmçinin tibb bacısı şagirdlərə bu dövrdə şəxsi gigiyenalarına xüsusilə diqqət vermələrini tövsiyə edib.

Daha sonra psixoloq şagirdlərə yetkinlik dövründə emosional dəyişikliklər, yeniyetmələrin keçid dövründə yaşadığı bəzi psixoloji problemlər haqqında danışaraq, onların qarşısının alınma yollarını şagirdlərə izah etdi.

"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici söhbət məktəbin VI siniflərin oğlanları ilə də keçirilib. Belə ki, məktəbin fiziki tərbiyə müəllimləri Atamov Arif və Bayramov Samir oğlanlara yetkinlik yaş dövründə zərərli vərdişlərdən uzaq olmağı, sağlam olmaq üçün faydalı qidalara və idmana üstünlük verməyi tövsiyə etdilər.

Sonda şagirdlərin üzləşdikləri problemləri və maraq dairələrini öyrənmək məqsədilə onlara sorğu vərəqələri paylandı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi