VIII,IX siniflərdə monitorinq
7 Fevral 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən VIII-IX siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnləri üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsinin əsas məqsədi VIII siniflərin mövcud vəziyyətini, IX siniflərin isə VII-VIII sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olub. Monitorinqin keçirilmə müddəti 2,5 saat olub. Monitorinqə məktəbin direktoru Mətanət Mayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Quliyeva və xüsusi təyin edilmiş nəzarətçi müəllimlər nəzarət edib. Test tapşırıqları hər fənn üzrə iki variant olmaqla, Azərbaycan dili fənni üzrə 30 sual, Riyaziyyat fənni üzrə 25 sual, İngilis dili fənni üzrə 30 sualdan ibarət olub.