"Ebru sənətinin sirləri" adlı təlim

   16 dekabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən Zərnişan Əliyevanın rəhbəri olduğu 4A sinif şagirdlərinin iştirakı ilə Mərdəkan Mədəniyyət Sarayında yerləşən emalatxanada “Ebru sənətinin sirləri” adlı təlim keçirildi. Təlimin məqsədi uşaqların fərqli teksturalı materiallarla sensamator bacarıqlarını inkişaf etdirməkdən, estetik tərbiyəni formalaşdırmaqdan ibarət olmuşdur. İlk olaraq emalatxana rəhbəri rəssam Ümüd Həsənli ebru sənətinin tarixi barədə məlumat verərək, bu sənətin əslində rənglərin su ilə rəqsindən yaranan bir ahəng olduğunu qeyd etdi.

Daha sonra psixoloq ebru ilə məşğul olmanın bir terapiya olduğunu qeyd edərək, fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını artırıb estetik yönlərinin ortaya çıxarmasını təmin edir.

Şagirdlərin hər biri təlim-masterklassda aktivlik göstərdilər, sonda sertifikatla təltif olundular.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi