Ümummilli liderin anım günü
12 dekabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi. İlk olaraq ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin tarixi müəllimi Dilarə Musayeva çıxışında qeyd etdi ki, 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxmışdır.
Sonra psixoloq Natəvan Əliyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə danışdı.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu