"Kiçik mühəndislər" adlı maarifləndirici təlim
9 dekabr 2022-ci il tarixində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası məqsədilə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Kiçik mühəndislər” adlı maarifləndirici təlim keçirildi. Təlimin məqsədi uşaqlarda yaşına uyğun innovativ vərdişlər yaradılması, uşaqların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, BDU-nin Fizika fakultəsinin Nanomateriallarının kimyəvi fizika kafedrasının müəllimi və BDU-nun Fizika Problemləri ETİ-nin I kurs dissertantı Rəhimzadə Saranın təlimdə təlimçi qismində iştirak etdi.
Sonda şagirdlər hazırladıqları əl işlərini nümayiş etdirdilər və fərqlənən şagirdlər sertifikatla mükafatlandırıldılar.