"Zərərli vərdişlərə Yox deyək ! " adlı maarifləndirici tədbir

   29 Noyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Zərərli vərdişlərə Yox deyək” adlı  maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış  edən məktəbin biologiya müəllimi Lətifə Rəhimzadəpsixoloq Natəvan Əliyeva şagirdlərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.

UBTR Lətifə Əliyeva narkomaniyanın insanın həyatında yaratdığı fəsadlardan və narkomanlığın əksər hallarda ölümlə nəticələnməsindən bəhs etdi. Narkotik aludəçisi olan bir gəncin həyatından bəhs edən qısametrajlı film nümayiş olundu.

Daha sonra gənclərin zərərli vərdişlərə aludə olmasının səbəbləri, problemin həlli yolları və təkliflər haqqında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar  cavablandırıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi