"Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri"

   25 noyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi erkən nikahların doğurduğu fəsadlar, cəmiyyətimizə vurduğu ziyanlar barəsində şagird və valideynləri məlumatlandırmaqdan ibarət olmuşdur. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əhmədov Rövşən, baş məsləhətçi Məmmədzadə Ofeliya, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Əliyev Vüqar, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Mürsəlova Nərminə, könüllülər Əliyeva Fatiməxanım, Qəhrəmanova Mədinə, məktəbin IX-XI sinif şagirdləri, onların valideynləri və müəllimlər iştirak edirdilər.

Maarifləndirmə tədbirində erkən nikaha məcbur etmənin cinayət tərkibi yaratdığı belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176.1.2-ci maddəsində nikah yaşına çatmayan qadının nikaha daxil olmağa məcbur edilməsinə görə çox ciddi cəzalar nəzərdə tutulduğu diqqətə çatdırıldı.

Daha sonra “Erkən nikah və onun səbəbləri, “Erkən nikahın fəsadları” adlı  videoçarx nümayiş olundu.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı, mərkəzin tanıtım bukletləri və ailə başçısına məktub paylanıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi