VI,IX siniflərdə monitorinq

24 Noyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən  VI-IX siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnləri üzrə  monitorinq keçirilib. Monitorinqin keçirilməsinin əsas məqsədi VI siniflərin mövcud vəziyyətini, IX siniflərin isə V-VI sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olub. Monitorinqin keçirilmə müddəti 2,5 saat olub. Monitorinqə məktəbin direktoru Mətanət Mayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Quliyeva və xüsusi təyin edilmiş nəzarətçi müəllimlər nəzarət edib. Test tapşırıqları hər fənn üzrə iki variant olmaqla, Azərbaycan dili fənni üzrə 30 sual, Riyaziyyat fənni üzrə 25 sual, İngilis dili fənni üzrə 30 sualdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi