Bakı Zooloji Parkında dərs-ekskursiya təşkil olunub.

18 Noyabr 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.10.2022-ci il tarixli "Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat"ına əsasən məktəbin ibtidai sinif müəllimi Zərnişan Əliyevanın rəhbəri olduğu  IV“A” sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkında “Yer təbiətinin müxtəlifliyi” mövzusunda  dərs-ekskursiya keçirildi. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərin fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək,  ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhərdə olan ictimai və mədəni obyektlərin imkanlarından istifadə etmək, heyvanları yaşayış mühitinə görə qruplaşdırılmaqdan ibarət oldu. Dərsdə 1.2.1.;1.2.2 standartı reallaşdırıldı.

Şagirdlərin Zooloji parka ekskursiyası onların bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynayır.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi