Hüquq və vəzifələrimiz
15.11.2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərə hüquqları haqqında bilgilər vermək, hüquqlarının pozulması zamanı nə etməli olduğları barəsində maarifləndirici söhbət keçirməkdən ibarət oldu.
İlk olaraq UBTR-i Lətifə Əliyeva çıxış edərək Uşaq Hüquqları Konvensiyasının təsis edilməsi, onun maddələri haqqında məlumatlar verdi. Uşaqlara onların qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edildi.
Daha sonra psixoloq Natəvan Əliyeva çıxış edərək qeyd etdi ki, məktəblilər öz hüquq və vəzifələrinə məsuliyyətlə yanaşmalı, qanuna zidd olan hərəkətlərə yol verməməlidirlər.
Sonda şagirdləri marağlandıran suallara cavab verildi.