"Təhsil almaq istəyirəm" adlı nümunəvi dərs

   14 noyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Müzəffəzadə Balacaxanımın rəhbəri olduğu IVB sinif şagirdləri ilə “Uşaq hüquqları” aylığı çərçivəsində “Təhsil almaq istəyirəm” adlı nümunəvi  dərs təşkil olundu. Dərsin məqsədi uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının təbliğinə nail olmaqdan ibarət oldu.

İlk olaraq sinif rəhbəri Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Sonda şagirdlər təhsil almaq hüququnun önəmini təbliğ edən səhnəcik nümayiş etdirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi