"8 noyabr - Zəfər Günü"
5 Noyabr 2022-ci ildə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin VII-IX sinif şagirdlərinin iştirakı ilə "8 noyabr - Zəfər Günü"nə həsr olunmuş tədbir keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Mətanət Mayılova cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyindən, qürur duyduğundan söz açaraq, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etmiş, torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini, şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas vəzifə olduğunu xüsusi olaraq vurğulamışdır. Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirildi. Qeyd edildi ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Tədbirdə şagirdlərin iştirakı ilə səhnəciklər, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar,rəqslər nümayiş etdirildi.
Tədbirin yekununda vətənpərvərliyi tərənnüm edən musiqi sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi.