"Mənim hüquqlarım" adlı təqdimat müsabiqəsi
02.11.2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Lətifə Əliyeva tərəfindən Uşaq hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı təqdimat müsabiqəsi keçirildi.Təqdimatın keçirilməsində əsas məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.
Uşaqların hazırladıqları təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirildi. Müsabiqədə I yerə VIIA sinif şagirdi Müzəffərzadə Gülayə,II yerə VA sinif şagirdi İbrahimova Məlahət,III yerə VA sinif şagirdi Rəhmanova Nərmin layiq görüldülər. Məktəb rəhbərliyi fərqlənən şagirdlərə diplom və tərifnamə təqdim etdilər.