Məktəb üzrə ümumvalideyn iclası keçirildi.

   28 oktyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəb üzrə ümumvalideyn iclası keçirilmişdir.

İlk olaraq Mətanət Mayılova çıxış edərək valideynləri Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” la tanış etdi. O, öz çıxışında məktəbdaxili münasibətlər, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında valideynləri məlumatlandırdı. Valideynlərlə münasibətin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da bir başa təhsilin keyfiyyətinə öz təsirini göstərir.Direktor şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amilin müəllim-valideyn əməkdaşlığından asılı olduğunu xüsusilə vurğuladı.

İclasda məktəbin psixoloqu Natəvan Əliyeva çıxış edərək qeyd etdi ki,ailə və məktəb arasındakı davamlı əlaqələr şagirdlərə öz vəzifələrini həvəslə yerinə yetirməyi öyrədir, uşaqla müəllim arasında sağlam münasibətləri formalaşdırır. Psixoloq şagirdin sağlam bir şəxsiyyət kimi formalaşması üçün psixoloq-müəllim-valideyn birliyinin vacib olduğunu vurğuladı.

Sonda “Ailə tipləri və uşağın inkişafına təsir edən amillər” mövzusunda slaydlar nümayiş olundu və valideynləri maraqlandıran suallar cavablandırıldı. Belə iclasların keçirilməsi valideynlər tərəfindən rəğbətlə qarşılanıb və onlar rəhbərliyə öz təşəkkürlərini bildirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi