"Qarabağı tanıt" videotəqdimat müsabiqəsinin məktəb mərhələsi
28 oktyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə VIII-XI sinif şagirdləri arasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29.09.2022-ci il tarixli F-304 nömrəli əmrinə əsasən “Qarabağı tanıt” videotəqdimat müsabiqəsinin məktəb mərhələsi keçirildi.
Müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsindən ibarət olmuşdur.
Müsabiqədə şagirdlərin hazırladığı videotəqdimatlar nümayiş olundu. Münsiflər heyətinin qərarı ilə yüksək nəticə əldə etmiş IXA sinif şagirdi Quluzadə Zəhranın videotəqdimatı müsabiqənin şəhər (final) mərhələsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərildi.