18 Oktyabr-Müstəqilliyin Bərpası Günü
18 oktyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə "18 oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Tədbirin məqsədi şagirdlərə tariximizi tanıtmaq, Azərbaycan dövlətinin öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etməsi haqqında məlumatlandırmaqdan ibarət oldu.Şagirdlər vətənə aid şeirlər söylədi, mahnılar ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Mətanət Mayılova Müstəqilliyin Bərpası Günü haqqında şagirdlərə əlavə məlumatlar verərək tədbirin təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirdi.