"Bullinqə son" adlı maarifləndirici seminar

   11 oktyabr 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən VII-VIII sinif şagirdləri ilə “Bullinqə son” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Psixoloq xüsusilə yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdi, bullinqin formaları,onunla mübarizə yolları haqqında ətraflı məlumat verdi.

Seminarda həmçinin məktəbin direktoru Mətanət Mayılova çıxış edərək son dövrlər məktəblərdə şagirdlər arasında yaşanan zorakılıq hallarının yolverilməz, neqativ hal olduğunu qeyd etdi. O, şagirdlərə bullinqlə qarşılaşan zaman nə etməli,kimə müraciət etməli olduqları barədə məlumat verdi.

Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı,onları maraqlandıran suallar cavablandırıldı.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi