YAY MƏKTƏBİNƏ START VERİLDİ.

   Azərbaycan Respublikasının Təhsil Nazirinin 10.06.2022-ci il tarixli F-371 nömrəli “Ümumi təhsil müəssisələrində yay məktəblərinin təşkili barədə” əmrinə əsasən 16 iyun 2022-ci il tarixdən D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Yay məktəbi” təşkil olunmuşdur. ”Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi koronavirus (Covid-19) pandemiyası ilə bağlı 2019-2020-ci, 2020-2021-ci və qismən 2021-2022-ci tədris illlərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsindən ibarət omuşdur. Hər sinif üzrə minimum 3 şagirdin olması nəzərdə tutulmuş yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə isə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunmuşdur. İbtidai siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dili, V-X siniflərdə isə bu fənlərin sırasına Coğrafiya, Biologiya və Kimya fənləri də əlavə edilərək Yay məktəbində tədris olunması qərara alınmışdır.

Məktəb üzrə cəmi 77 nəfər şagird könüllü olaraq “Yay məktəbi”nə cəlb edilmişdir. Bu qruplarda dərs deyəcək müəllimlər müəyyən edilərək, dərs cədvəli tərtib edilmişdir. Müəllimlər Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş nümunə proqramla təmin olunmuşlar.

Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilir, bölmələr üzrə ümumiləşdirmələr aparılır, kompleks mövzular üzrə tapşırıqlar işlənilir.

İbtidai təhsil səviyyəsində təşkil olunmuş qruplarda oyun əsaslı öyrənməyə üstünlük verilir, sosial-emosional inkişafı dəstəkləyən təlim metodlarından istifadə olunur. Açıq havada məşğələlər, ekskursiyalar təşkil edilir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi