"Son Zəng" tədbiri
14 iyun 2022-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim - şagird kollektivi, IX və XI siniflərin valideynləri və məktəbin fəxri məzunları iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Mətanət Mayılovaya verdilər. O, buraxılış sinifləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan, bu sahədə gedən inkişaf proseslərindən danışdı və məzunlara arzu, tövsiyyələrini bildirdi. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar,şeirlər, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi və səhnəciklər göstərildi.
Qələbəmizlə başa çatan 44 günlük II Qarabağ müharibəsinin II ildönümünə təsadüf edən bu günki Son zəng tədbirimiz iştirakçılarda xoş əhval-ruhiyyə yaratdı.