Hüquqlarımızı bilək və qoruyaq

   6 iyun 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Obmudsmanı) tərəfindən 18 may-18 iyun tarixlərində təyin edilən ’’İnsan Hüquqları Aylığı’’ çərçivəsində “Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə şagirdləri məlumatlandırmaq, şagirdlərin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək,ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarət olmuşdur. Tədbirdə respublikamızda  insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməsindən danışıldı, həmçinin BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyası və Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu, uşaqların istismardan və ayrıseçkilikdən müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, internet təhlükəsizliyi barədə uşaqlara məlumat verildi.

Şagirdlər uşaq hüquqlarına həsr olunmuş səhnəciklər, təqdimatlar təqdim etdilər. Sonda uşaqlara “Nədir insan haqları ?” adlı videoçarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi