"Mənim gündəliyim" adlı oxu müsabiqəsi
02.06.2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə kitabxana müdiri Günel Babayeva tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-61 nömrəli əmrinə əsasən “Mənim gündəliyim” adlı oxu müsabiqəsinin məktəb mərhələsi keçirildi.
Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.
Müsabiqədə 2 yaş qrupu I-VII, VIII-XI siniflər üzrə iştirak edən şagirdlərin hazırladıqları gündəliklər məktəbin azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi və fərqlənən şagirdlər sertifikatla təltif edildilər.
Şagirdlərin məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından oxuduqları əsərlərdən hazırladıqları gündəliklər 09 – 30 iyun 2022-ci il tarixlərində keçirilən Bakı şəhər mərhələsinə təqdim olunmaq üçün göndərildi.