Nümunəvi dərs keçirilib.

13 may 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə İmanovanın rəhbəri olduğu IVB sinfində Azərbaycan dili fənnindən musiqi fənninə fənlərarası inteqrasiya edərək nümunəvi dərs keçirilib. Şagirdlər Q.Qarayevin “Məktəblilərin sülh haqqında mahnısı” adlı nəğməni ifa ediblər.
Bu nəğməni ifa etməklə bütün dünyaya sülh mesajı ötürən şagirdlər sonda sülhün rəmzi olan ağ göyərçinləri uçurublar.