Məktəb ağaclarına qonan quşlar üçün yuvaların hazırlanması
D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Təbiəti qoruyanlar” layihəsinə aid tədbirlər davam etməkdədir.Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsindən ibarət idi.
Məktəbimizin şagirdləri bu dəfə havaların isinməsi, təbiətin oyanışı ilə əlaqədar olaraq çoxalan quşlar üçün yuvalar düzəltdilər və onları məktəbin həyətində əkilmiş ağacların gövdəsinə bərkitdilər.