"Nağıl terapiyası" adlı məşğələ
12 may 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Nağıl terapiyası” adlı məşğələ keçirilmişdir. Psixoloq ilk olaraq nağıl terapiyası haqqında məlumat verdi və qeyd etdi ki, nağıl terapiyası bir sıra problemləri və sualları həll etmək üçün istifadə edilə bilən maraqlı, təsirli və sərfəli bir psixoloji üsuldur.
Nağılları oxumaq və təhlil etməklə uşaqların davranış normalarını izah etmələri, hər vəziyyətə düzgün reaksiya vermələrini öyrətmələri daha asandır. Nağıl terapiyası bir uşağın yaşaya biləcəyi gizli daxili problemləri aşkar etməyə kömək edir, eyni zamanda duyğusal zəka, empatiya və ünsiyyət bacarıqlarının formalaşmasına kömək edir.
Uşaqlar “Küsəyən fili balası”, “İnadkar fil balası” nağıllarına tamaşa edildi, şagirdlərin hazırladıqları nağıllar dinlənildi, müzakirələr aparıldı.
Sonda məktəbin direktoru Mətanət Mayılova məşğələdə fəal iştirak etdiklərinə görə 3A, 3B, 3C siniflərini tərifnamə ilə təltif etdi.