"Təbiəti Sevərək Qoruyaq" adlı tədbir

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmri ilə təsdiq edilmiş Yaşıl layihə: ”Təbiəti qoruyanlar” adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən 6 may 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Mehriban Müzəffərzadənin təşkilatçılığı ilə “Təbiəti sevərək qoruyaq” başlığı altında  tədbir keçirildi. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzəlxan Əbilov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəbin direktoru Mətanət Mayılova, pedaqoji heyəti və şagirdlər iştirak etdilər. Tədbirin əsas məqsədi şagirdlərə ana təbiətimizə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu daha da zənginləşdirmək və gözəlləşdirmək bir sözlə “Təbiəti sevərək qorumaq” hissinin aşılanmasından ibarət idi.

Dövlət himninin səsləndirilməsindən sonra  şagirdlərin  ifasında təbiətə həsr olunmuş şeirlər, mahnı və rəqslər, atalar sözləri və tapmacalar, səhnəciklər  nümayiş  olundu. Həmçinin tədbir iştirakçıları “Təbiətin uşaqlara məktubu”, “Əsrarəngiz Azərbaycan təbiəti” adlı videoçarxa baxdılar. Daha sonra məktəbin direktoru Mətanət  Mayılova gələn qonaqlara təşəkkür etdi və qeyd etdi ki, vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir, ona görə də vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur.

Sonda tədbirdə fəal iştirak edən şagirdlər mükafatlandırıldı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi