"AİLƏM VƏ MƏKTƏBİM" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ "HƏR ŞEY ÖVLADIMIZ ÜÇÜN" ADLI GÖRÜŞLƏR DAVAM EDİR.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmri ilə təsdiq edilmiş “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 5 may 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Hər şey övladımız üçün” başlığı altında görüşlər davam etdirilir. Görüş məktəbin akt zalında ibtidai sinif şagirdlərinin valideylərinin, direktor, təlim və tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə keçirildi.
İlk olaraq məktəbin direktoru Mətanət Mayılova çıxış edərək valideynlərə görüşün məqsədinin valideynlərin övladının təhsil aldığı müəsissə ilə yaxından tanışlığının təmin olunması, tədris prosesinin izlənilməsi, məktəbdə həyata keçirilən layihələr barədə valideynlərin məlumatlandırılmasından ibarət olduğunu çatdırdı. Daha sonra məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Sevda İsmayılova çıxış edərək ailə-məktəb münasibətlərinin sağlam, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişaf şərtlərindən biri olduğunu vurğuladı.
Sonda görüşdə iştirak edən valideynləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin valideynlərin rəy və təkliflərini öyrənmək məqsədilə onlara sorğu vərəqələri paylandı.