"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Hər şey övladımız üçün" adlı görüşlərə start verildi.

     Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və məktəb arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmri ilə təsdiq edilmiş  “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 29 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Hər şey övladımız üçün” başlığı altında görüşlərə start verildi. Görüş məktəbin akt zalında V-IX sinif şagirdlərinin valideylərinin, direktor, təlim və tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə keçirildi. İlk olaraq vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra giriş sözüylə məktəbin direktoru Mətanət Mayılova çıxış edərək valideynlərə görüşün məqsədinin valideynlərin övladının təhsil aldığı müəsissə ilə yaxından tanışlığının təmin olunması, tədris prosesinin izlənilməsi, məktəbdə həyata keçirilən layihələr barədə valideynlərin  məlumatlandırılmasından ibarət olduğunu çatdırdı.

Sonda görüşdə iştirak edən valideynləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin valideynlərin  rəy və təkliflərini öyrənmək məqsədilə onlara sorğu vərəqələri paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi