Kimya fənnindən nümunəvi dərs

     27 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kimya müəllimi Azadə Hənifəyeva VII siniflərdə “Su, təbiətdə yayılması və xassələri” mövzusunda nümunəvi dərs təşkil etdi. Dərs zamanı müəllimə suyun aktiv metallarla (K kaliumla) reaksiyasını təcrübə ilə göstərdi. Müəllimə əvvəlcə təcrübə haqqında şagirdləri məlumatlandırdı, təcrübə isə şagirdlərin idrak fəallığının və motivasiyasının yüksəlməsinə səbəb oldu.

Təcrübə zamanı şagirdlər kalium  metalının su ilə adi şəraitdə reaksiyaya daxil olaraq qələvi və hidrogen qazını əmələ gətirməsini, ayrılan qazın isə havadakı oksigenlə reaksiyaya girərək yanma hadisəsini müşahidə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi