"Təbiəti qoruyanlar" adlı layihəyə start verildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmiş Yaşıl layihə: ” Təbiəti qoruyanlar” adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə bağlı 26 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin həyətində şagirdlər tərəfindən həmişəyaşıl və meyvə ağacları əkilmişdir. Burada əsas məqsəd şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsinin təmin edilməsidir. Məktəb həyətinin yaşıllaşdırılması, ağacların əkilməsi və qulluq edilməsi şagirdlər tərəfindən təcrübi olaraq izlənilmişdir.