Rənglərin ahəngi

     25 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Rənglərin ahəngi” adlı məşğələ keçirildi.

Psixoloq ilk olaraq qeyd etdi ki, rənglər nəinki insan ömrünü daha da parlaq edir, həmdə insanın əhval-ruhiyyəsini müəyyənləşdirir, onun fikir və əməllərinə təsir göstərir.Biz rəngləri fərqləndirərək bizi əhatə edən ətraf aləmin obyektlərini daha yaxşı tanıya bilir və həyatı vacib məsələlərin öhdəsindən daha yaxşı gəlirik.

Psixoloq həmçinin müxtəlif rənglərin bizim psixika və sağlamlalığımıza təsiri haqqında məlumat verdi. Daha sonra o mandala boyama vərəqələrini şagirdlərə payladı. Şagirdin iç dünyasını dəyərləndirə bilmək üçün bu metodika çox effektlidir. Mandalaları rəngləyərkən hər bir uşaq özünün şüuraltısında gizli qalanları üzə çıxardır.

Şagirdlər böyük həvəslə müxtəlif rənglərdən istifadə edərək mandalaları rənglədilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi