Məktəb kitabxanasında "Oxu Günü" təşkil olundu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-147 nömrəli əmrinə əsasən "Oxu günü" tədbirlərinin keçirilməsi ilə bağlı 22 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə kitabxana müdiri Günel Babayevanın təşkilatçılığı ilə məktəbin kitabxanasında " Oxu Günü" təşkil olunmuşdur. "Oxu Günü" çərçivəsində şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülün, obrazlı məntiqi təfəkkürün inkişafında kitabın mühüm rolu təbliğ olunmuşdur.