"Kitab oxumağın faydaları" adlı dəyirmi masa

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-147 nömrəli əmrinə əsasən "Oxu günü" tədbirlərinin keçirilməsi ilə bağlı 22 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxanasında IIIA sinif şagirdlərinin iştirakı ilə “Kitab oxumağın faydaları” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsinin əsas məqsədi şagirdlərdə mütaliəyə marağı daha da artırmaq, oxu vərdişlərinin inkişaf etdirilməsi və kitabların gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarət olmuşdur. Dəyirmi masanı giriş sözü ilə sinif rəhbəri Zərnişan Əliyeva açdı və o qeyd etdi ki, oxu mədəniyyəti, mütaliə vərdişi hər bir mədəni insana məxsus ən dəyərli, əxlaqi keyfiyyətdir.

Sonda şagirdlər oxuduqları hekayələri, nağılları danışdılar, orada bəhs edilən obrazlara münasibət bildirdilər.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi