Oyun terapiyası
14 aprel 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva IV sinif şagirdləri ilə “Oyun terapiyası” adlı məşğələ keçirtdi.
Bildiyimiz kimi oyunlardan istifadə şagirdlərin intizamlı olmasına, onların bir şəxsiyyət kimi formalaşmasına kömək edir. Oyun prosesində şagirdlər özləri də hiss etmədən müxtəlif tapşırıqlar yerinə yetirir, tədqiqatçı rolunda olur, nələrisə müqayisə etməli, müxtəlif hərəkətləri yerinə yetirməli olurlar. Zəif,utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş etdirir, onların öz fikrini söyləmə,əməkdaşlıq etmə, özünün və yoldaşlarının fəaliyyətini təhlil etmə, fikrini düzgün ifadə etmə bacarıqları inkişaf edir.
Psixoloq şagirdləri qruplara ayıraraq onlarla müxtəlif inkişafetdirici oyunlar keçirtdi. Oyun prosesində şagirdlərin idrak prosesləri yoxlanıldı.