"YAZIN MÜJDƏSİ-NOVRUZ" ADLI SİNİF TƏŞKİLAT SAATI
17 mart 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Bahar çələngi” layihəsinin tədbirlər planına uyğun olaraq məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Muradova Nərgiz tərəfindən şagirdlərə qədim Novruz ənənələrimizin aşılanması məqsədilə “Yazın müjdəsi-Novruz” mövzusunda sinif təşkilat saatı təşkil olundu. Təşkilat saatı zamanı şagirdlərlə birgə xalqımızın qədim tarixini əks etdirən , milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında diskusiya aparıldı. Təşkilat saatında şagirdlər tərəfindən müxtəlif novruz bayatıları, mövsüm-mərasim nəğmələri- “Qodu-qodu”, “Gün çıx”, əmək nəğmələri-holavarlar və başqa folklor nümunələri səsləndirildi. Nərgiz müəllimə xalqımızın folklor tarixi, məişəti, arzu və istəkləri, qədim mifik təfəkkürü barədə məlumat verdi və yazın gəlişinin bayram edilməsinin hansı səbəblərinin olduğunu şagirdlərlə müzakirə etdi.