“5 MART – BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ” ƏRƏFƏSİNDƏ KEÇİRİLƏN SƏHƏR GİMNASTİKASI
“5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixlərində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə idman həftəsinə start verilmişdir. İdman həftəsinin keçirilməsində əsas məqsəd şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların idmana olan marağının artırılmasından ibarət olmuşdur.
Fevralın 28-də məktəbin fiziki tərbiyə müəllimləri Samir Bayramov və Hafizə İbrahimova tərəfindən ibtidai siniflərdə səhər gimnastikası keçirildi.